Lerik rayonu “ərəbistan” səhralığına dönüb

Dosye.org-a daxil olan məlumatlara görə cənub bölgəsinin dilbər güşələrindən olan Lerik rayonu su problemi ilə üzləşib.

 

Rayonun bütün kəndləri susuzluğdan əziyyət çəkir. Hətda vəziyyət o yerə çatıb ki, rayon sakinləri su sifarişi üçün kimə müraciət edəcəklərini belə bilmirlər. Mənbənin dediyinə görə icra hakimiyyətindən tapşırılıb ki, rayona su itxalı yalınız başçının razılığı əsasında həll oluna bilər.

 

Bu da onu göstərir ki, “su biznesinə” birbaşa icra başçısı özü nəzarət edəcək. Lakin əldə etdiyimiz məlumatlara görə Lerik rayonun da vəziyyət bu cür davam edərsə sakinlər son qərar qəbul edəcəklər. Başqa bir məlumatda isə bildirilir ki, Lerik rayonun su kanalizasiya xətti üçün dövlət tərəfindən 30 milyon manat vəsait ayrılıb. Lakin sonda bu vəsaitin hara xərcləndiyi və kimlərin şəxsi hesabına köçürülməsi qaranlıq olaraq qaldı. Əməkdaşımızın apardığı araşdırmalarına görə ayrılan dövlət vəsaitinə keyfiyyətsiz işlər görülüb. Elə bunun nəticəsidir ki, rayonda 2 aydır su yoxdur. İcra hakimiyyətindən bildirilir ki, bəzi müxalif fikirli insanlar rayonda təlaş yaratmağa çalışırlar. Necə deyərlər ”  kor-kor, gör-gör“.

 

Etiraf edək ki, rayon sakinlərinin şikayəti tam əsaslı olaraq özünü sübüt etdi. Belə ki, əməkdaşımızın gözü qarşısında icra hakimiyyətinin təşkil etdiyi su maşını 20 manata satılır. Bir sözlə Lerik rayonunda vəziyyət acınacaqlıdır. Araşdırmalarımız davam edir.

COMMENTS