Cənub bölgəsinin dilbər güşələrindən olan Lerik rayonunda vəziyyət heç də ürəkaçan deyil.
Redaksiyamıza müraciət edən bir qrup şəxs yenə də məmur özbaşınalıqlarından narahatçılıqlaını müraciətlərində qeyd ediblər. Belə ki, başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov heç bir səbəb olmadan 7 nəfər rayon sakinini işdən azad etdirib. Xatırladaq ki, Lerik rayon sakinləri öz zəhməti hesabına dolanır, heç bir məmur qapısına ehtiyacı üçün getməz. Lakin bütün fəaliyyəti boyu qaranlıq işlərdə “xidmət edən” bir şəxs neçə-neçə rayon sakini işdən azad edir. Kimdir Habil Məlikov?
– 01.11.1987 – Kommunal Müəssiəsləri Kombinatının su təchizatı sahəsində çilingər,
– 01.07.1990 – Lerik Rayon Sosial Təminatı Şöbəsində pensiya işləri üzrə mütəxəssis,
– 17.05.1993 – Lerik Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində pensiya işləri üzrə mütəxəssis,
– 27.09.1996 – Lerik Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində pensiya işləri üzrə baş müfəttiş,
– 13.11.2002 – Lerik Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifələrində çalışmışdır.
Əhalinin Sosial Müdafiəsi Mərkəzində pensiya işləri üzrə mütəxəssis vəzifəsində işləyən Habil Məlikovun işlədiyi dövürdə fəaliyyəti dərindən araşdırılmalı idi. Belə bir şəxsin başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə yiyələnməsi olduqca şübhəlidir. Rayon sakinlərinin haqlı narazılıqlarını nəzərə alıb başçının müavini H. Məlikova belə bir sual ünvanlayaq. İş fəaliyyətiniz dövründə bir əlinizi muqəddəs Quranı kərimin üzərinə, bir əlini vicdanınız üzərinə qoyub and içə bilərəsiniz ki, bir manat belə rüşvət almamısınız və dövlətimizin qanunlarına uyğun şərəflə xidmət etmisiniz?
Sizə kim səlahiyyət verir ki, zəhməti hesabına ailəsi üçün bir qimət çörək qazanan rayon sakinlərin çörəyinə bais olursuz? Üstəlik qəbulunuza gələn narazı sakinləri icra hakimiyyətinin binasından qovursunuz. Çəkinmədən “kimə istəyirsiniz müraciət edin” deyərək özünü “Burda mənəm, Bağdad da kor xəlifə” hesab edirsiz.
Müraciətdə daha sonra vurğulanır ki, Habil Məlikovun əl-altıları, idarə müdri Rasim Əliyev, birqadir Şakir Ağayev və Azər adlı şəxs Zeynəb İmanova, Gülbəyim Kazımova, Elnarə Əliyeva, Gültamam Cavadova, Cahil Adinayev, Nayilə Quliyeva və Afət Şahbazovanı aldadaraq işdən çıxarılma aktına imza atdırıb. Yəni, bir başa Habil Məlikovun sifarişini icra ediblər.
Təəsüf hissi ilə qeyd etməliyik ki, qəhrəmanlar yurdu olan Lerik rayon sakinləri məmur fironluğunun qurbanına çevrilib. Əgər hər hansısa bir məmur vəzifə səlahiyyətlərindən sui-istifadə edirsə, habelə ölkə vətəndaşlarını dövlətdən narazı salmağa çalışırsa, deməli tapşırıq heç nə vətəndaşlara qarşı deyil, eyni zaman da dövlət başçısına qarşı bir qara piardır. Mövzü diqqətimizdədir…
DOSYE.ORG
COMMENTS