Lerikdə məmur özbaşınalığına etiraz

Dosye.org xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu Lerik rayon şöbəsində vəziyyət heç də ürəkaçan deyil. Qeyd edilən neqativ halın müxtəlif səbəblərini sadalamaq olar. İlk öncə bildirək ki, Lerik rayonu cənub bölgəsinin ən əhmiyyətli rayonlarından biri hesab edilir. 

 

Lakin bu faktor sakinlər üçün o qədər də önəmli deyil. Onları maraqlandıran məhz rayonda sosial problemlərdir. Elə bu problemlər rayonda İsmayıllı, Quba hadisələrini təkrarlaya bilər. Bütün bunların qarşısını almaq üçün icra başçısının birinci müavini Cəlil Baxşıyev hərəkətə keçir. Mənbənin dediyinə görə Cəlil Baxşıyevi düşündürən bir məsələ var. Məlumatı mətbuata kim ötürüb?

 

Etiraf edək ki, Lerik rayonunda məmur özbaşınalığı birbaşa icra hakimiyyətinə bağlıdır. Əgər yazdıqlarımız həqiqətə uyğun olmasaydı rayon sakinləri qəzetlərə, internet saytlarına üz tutmazdılar. Xatırlayırsınızsa sabiq naziri Füzuli Ələkbərovun tədbiq etdiyi “qanunlar” günü bu gün də razılaşma əsasında həyata keçirlir. Belə ki, 1 illik müavinətin 50%-i “şapka”, 50 %-i vətəndaşa verilir. Bu mövzü qəzet səyfələrində gündəlik material kimi istifadə edilirdi. Sonradan məlum oldu ki, elə məsələnin kökü rayon rəhbərin ixtiyarındadır. Bizim araşdırmalarımız davam edir…

 

Dosye.org

COMMENTS