Leirk RİH başçısı Rövşən Bağırov rayon sakinlərini tütün əkməyə məcbur edir.
Bu barədə dosye.az-a etibarlı mənbə məlumat verib. Mənbə daha sonra əlavə edir ki, icra başçısı rayonun Veri kəndinin icra nümayindəsini və digər şəxsləri məcbur edir ki, qardaşı üçün tütün əksinlər.
Qardaşının biznesini genişləndirmək üçün icra başçısı rayon sakinlərindən məharətlə istifadə edir. Etiraz edənlər isə R. Bağırov tərəfindən ciddi şəkildə cəzalandırılır. Lerik RİH başçısı R. Bağırov haqqında mətbuatda zaman-zaman tənqidi məqalələr dərc edilib. Əfsüslər olsun ki, istər rayon sakinlərinin, istərsədə mətbuatda dərc edilən şikayətlər araşdırılmır.
Görünür, prezidentin etibarından istifadə edən R. Bağırova “gözün üstə qaşın var” deyən yoxdur. Üstəlik qardaşının biznesi icra başçısı üçün o qədər önəmlidir ki, rayonun sosial problemləri onu maraqlandırmır. Hal-hazırda əməkdaşlarımız Lerik rayonundadır. Bu istiqamətdə aparılan araşdırmalar tam yekunlaşdıqdan sonra ətraflı məlumat veriləcək. Bizi izləməyi unutmayın…
Dosye.az
COMMENTS