Levandovski 1 nömrə oldu

Levandovski 1 nömrə oldu

“Bavariya”nın hücumçusu Robert Levandovski Almaniya bundesliqasının tarixinə düşüb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu gün “Hannover”lə matçda hesabı açan polşalı hücumçu bu mövsüm çempionatda vurduğu qolların sayını 30-a çatdırıb və bununla da rekorda imza atıb.

O, Almaniya çempionatlarının bütün tarixi ərzində bu qədər qol vuran ilk əcnəbi oyunçu olub.

Qeyd edək ki, Levandovskidən əvvəl rekord 29 qolla “Şalke”nin hücumçusu Klas-Yan Huntelara (2011/12 mövsümü) məxsus idi.

Əlavə edək ki, Levondovskiyə qədər bundesliyada bir mövsümd 30 qolu 1976/77 mövsümündə Diter Müller vurmuşdu.

COMMENTS