“Lex” “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini açıqladı

“Lex” “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini açıqladı

Polşa “Lex”i Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, siyahıda 20 futbolçunun adı yer alıb. Klubun yeni transferi Giorgi Tsitaişvili siyahıya əlavə olunacaq.

Qapıçılar: Artur Rudko, Filip Bednarek

Müdafiəçilər: Joel Pereyra, Barri Duqlas, Pedro Reboşu, Antonio Miliç, Bartoş Salamon, Lubomir Şatka, Alan Çervinski

Yarımmüdafiəçilər: Yesper Karlstrem, Afonso Souza, Dani Ramirez, Mixal Srokaş, Radoslav Muravski, Kristoffer Velde, Joao Amaral, Nika Kvekveskiri, Adriel Ba Lua

Hücumçular : Mikael İshak, Artur Sobeh

Qeyd edək ki, G.Tsitaişvilidən başqa, daha 1 nəfər iyulun 4-dək A siyahısına daxil edilə bilər.

Xatırladaq ki, “Qarabağ” “Lex”ə qarşı ilk görüşünü iyulun 5-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

COMMENTS