Leyla Yunusun həbsi reallaşdı

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus saxlanılıb. Bu barədə məlumatı Musavat.com-a hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunus verib. Onun sözlərinə görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna tədbirə gedərkən Leyla Yunusun olduğu avtomobil saxlanılıb və üç nəfər hüquq müdafiəçisini maşından düşürərək naməlum istiqamətdə aparıblar.

Arif Yunus onu da bildirib ki, hazırda yaşadıqları binanın həyətində 6 nəfər mülki geyimli şəxs var. O, özünün də həbs olunacağını istisna etmir.

***

Arif Yunus APA-ya L. Yunusun tədbirə gedərkən naməlum şəxslər tərəfindən saxlanıldığını deyib: “Saat 11:45-də tədbirə gedərkən yanında bir maşın dayandı. Onu arxa tərəfdə əyləşdirdilər. İki nəfər yanında bir nəfər isə sürücünün yanında oturdu, sürüb getdilər. Hazırda telefonuna zəng çatmır”.

A. Yunus hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının onların mənzilinə gələrək qapını döydüklərini də bildirib.

Musavat.com

COMMENTS