Liviya səfiri geri çağırıldı

Liviya hökuməti Türkiyənin daxili işlərinə müdaxilə etdiyini səbəb gətirərək Ankara səfirini geri çağırıb.

Axar.az xəbər verir ki, Xarici İşlər Nazirliyi də yayılan bu xəbəri təsdiqləyib. Ancaq səfirin hansı müddətə Türkiyəni tərk etdiyi barədə məlumat verilməyib.

Ərəb mətbuatının verdiyi məlumatda bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Liviya məclisinin Tobruktda yığıncaq keçirməsini qəbul etmək mümkün deyil” sözləri narahatçılığa səbəb olub.

COMMENTS