Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayış binasında yanğın olub.
Hadisə şahidlərindən birinin ANS PRESS-ə verdiyi məlumata görə, doğum evinin arxasında yerləşən binanın giriş hissəsində qəfildən yanğın başlayıb, alovun təsirindən naqillər partlayıb.
Verilən məlumata görə, yanğın artıq söndürülüb. Xoşbəxtlikdən ölən və ya xəsarət alan yoxdur.
COMMENTS