Moskva “Lokomotiv”inin baş məşqçisi Markus Gisdol istefa verib.
Qol.az xəbər verir ki, almaniyalı mütəxəssis Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq vəzifəsindən ayrılıb.
53 yaşlı mütəxəssis bu barədə Bild nəşrinə açıqlama verib. “Müharibədə günahkar olan bir ölkədə işimə davam edə bilməzdim. Mənim dəyərlərim buna yol vermir. Ona görə də istefa verdim” – deyə Gisdol bildirib.
Qeyd edək ki, Markus Gisdol 2021-ci ilin oktyabrında “Lokomotiv”in baş məşqçisi təyin edilmişdi.
DOSYE.ORG
COMMENTS