Londonda gizli müqavilə: İslam aləmi təkrar bölünür

“Qərb Yaxın Şərqi yenidən bölməyə hazırlaşır”.  Axar.az “Catholic News Agency”yə istinadən xəbər verir ki, bu iddia ilə İordaniyadan olan məşhur katolik Rifat Bader çıxış edib.

O, xristianların Yaxın Şərqdəki proseslərdən kənarda qalmamalı olduğunu bildirib: “Başa düşə bilmirəm ki, niyə xristianlar bölgədəki proseslərdən kənarda qalmalıdır? Bizə artıq oyunçu kimi baxılmalıdır. XX əsrdə Sayksa-Piko müqaviləsinə əsasən Böyük Britaniya və Fransa Osmanlı ərazilərinin parçalanması ilə bağlı gizli razılıq əldə etmişdilər. Onlar indi ikinci nəfəs qazanıblar. İndi Sayksa-Piko yeni variantlarla yenidən hazırlanıb. 2014-cü ildə Ağ Evdə xristianlar yığılan zaman Yaxın Şərqdəki xristianlara qarşı yalnız müsəlmanlar təhlükə kimi səsləndirilmişdi. Amma onlar İsraili yaddan çıxarmışdılar. Axı İsrail işğalı altında olan müqəddəs torpaqlarda minlərlə xristian indiyə qədər əziyyət çəkir”.

COMMENTS