“Lotu Quli”nin qatilinə ömürlük cəza istəndi

“Lotu Quli”nin qatilinə ömürlük cəza istəndi

Türkiyədə prokuror “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətlində təqsirləndirilən Azərbaycan əsilli səkkiz nəfərin – Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlamlının, Camal Həsənovun, Cəfər Əlizadənin, Xanımnisa Məmmədovanın, Namiq Caniyevin, Rəsul Həsənovun, Ümid Nəcəfovun, Cəmil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlunun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

“Report” xəbər verir ki, cinayət işinə Antalya şəhərindəki Manaqvat Ağır Cinayətlər Məhkəməsində baxılır.

Prokuror bu günkü prosesdə çıxış edib.

Bildirilib ki, Ə.Mövlamlı, R.Həsənov, Ü.Nəcəfov, C.Kələş, E.Aşan və N.Arasoğlu saxlanılıb. C.Həsənov, C.Əlizadə, X.Məmmədova, N.Caniyev haqqında isə beynəlxalq axtarış elan olunub.

Xatırladaq ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada hoteldə güllələnərək qətlə yetirilib. O, başından dörd güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

COMMENTS