Top.Mail.Ru

Lukaşenko koronavirusa yoluxub – “Xəstəliyi ayaq üstə keçirdim”

Lukaşenko koronavirusa yoluxub – “Xəstəliyi ayaq üstə keçirdim”

Belarus prezidenti Aleksandr Lukaşenko özü xəbər verib ki, koronavirus xəstəliyinə tutulub və onu «ayaq üstə» simptomsuz keçirib. Bu zaman prezident həkimlərin rəyinə istinad edib.

Xatırladaq ki, Lukaşenko Belarus prezidentliyinə namizəd kimi qeydə alınıb və noyabr seçkilərinə qatılacaq.

«Ən maraqlısı odur ki, siz, bu gün koronavirusu ayaq üstə keçirə bilmiş adamla görüşürsünüz» – deyə, Lukaşenko DİN-nin daxili qoşun hissəsində şəxsi heyətlə görüşü zamanı bildirib.

O, qeyd edib ki, əhalinin 97 faizi «bu zarazanı» simptomsuz keçirir. «Allaha şükür ki, mən də həmin simptomsuzlar sırasına düşə bilmişəm. Nəhayət ki, mən də bu virusdan sağalaraq, Belarusun qızıl fonduna düşdüm» – prezident əlavə edib.

DOSYE.ORG

COMMENTS