Lukaşenko Rusiya ərazisini parçaladı

Lukaşenko Rusiya ərazisini parçaladı

luka.jpg

Belorus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın ərazisi ilə bağlı şok açıqlama verib.

 

Axar.az İzvestiya.az-a istinadən xəbər verir ki, prezident belə bir bəyanatla yerli kanalların birində çıxış edib. Lukaşenko çıxışında bəzi tarixi faktlara da əsaslanıb. “Biz Ukrayna dövlətinin dağılmasını istəmirik. Çoxları deyir ki, Krım o vaxtı Ukraynaya səhv verilmişdi. Bu, düzgün yanaşma deyil. Gəlin onda monqol-tatar xanı Batının dövrünə qayıdaq. Onda Qazaxıstanı, Rusiyanın bütün ərazisini, Qərbi və Şərqi Avropanı Monqolustana vermək lazımdır. Sərhədləri dəyişmək lazım deyil, çünki bizlər sərhədlərin pozulmaması və stabilliyi üçün çoxlu hüquqi aktlar qəbul etmişik. Bununla əlaqədar olaraq biz olmayan bir şeyi tanımaq niyyətində deyilik”, – Lukaşenko deyib. 

COMMENTS