“Qarabağ”ın futbolçusu Andrey Lunyov zədəsini tam sağaldıb.
Bu barədə QOL.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib. O, 32 yaşlı qolkiperin artıq komanda ilə məşqlərə başladığını deyib: “Andrey Lunyov artıq komanda ilə məşq edir”.
A.Hacıyev hazırda Ağdam təmsilçisinin heyətində zədəli futbolçu olmadığını da vurğulayıb.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Molde” ilə qarşılaşacaq. “Aker” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə Lunyov da bu matçda meydana çıxa biləcək.
Xatırladaq ki, A.Lunyov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Bayer”lə Bakıdakı görüşdə (0:1) sıradan çıxmışdı.
COMMENTS