Yaxın günlərdə dünyanın nəhəng alimlərindən olan Lütfi Zadə ilə professor Rafiq Əliyevin birlikdə qeyri-səlis məntiq nəzəriyyəsinə həsr etdikləri kitab çapdan çıxacaq. Qeyd edək ki, adıçəkilən kitab dünyanın ən nüfuzlu elmi nəşriyyatlarından biri olan “World Scientific”də işıq üzü görəcək.
Dosye.org xəbər verir ki, bu barədə həmmüəlliflərdən biri olan Rafiq Əliyevin özü məlumat verib. Professor özünün kitab təqdimatında yaxın gələcəkdə, Zadə ilə birlikdə daha bir kitabının işıq üzü görəcəyini bildirib. Qeyd edək ki, nə qədər maraqlı da olsa, həmin kitab Zadənin ilk böyük elmi monoqrafiyası olacaq.
“Qeyri-səli məntiq nəzəriyyəsi və tətbiqləri” adlanan kitab dünyada bu istiqamətdə, bütün tətbiq sahələrini bir araya gətirəcək ilk elmi monoqrafiyadır. Buna qədər isə qeyri-səlis məntiqin hər dəfə ayrı bir tətbiq sahəsinə-məsələn, kimya, fizika, biologiya, tibb, və s.-kitablar buraxılmışdı. İkihissədən ibarət olan bu əsərdə birinci Lütfi Zadə ilə Rafiq Əliyevin qeyri-səlis məntiqlə bağlı görüşləri, ikinci hissədə isə tətbiqlərlə bağlı müxtəlif alimlərin məqalələri çap olunacaq.
Qeyd edək ki, sağlığında heç zaman kitab yazmayan Lütfi Zadə professor Rafiq Əliyevlə birgə bunu tarix üçün etmək istəmişdi. Odur ki, hər iki alim internet və telefon vasitəsilə mütəmadi olaraq, həm o kitabı, həm də qeyri-səlis məntiqə aid başqa məsələləri müzakirə etməklə, kitabı hazırlayırdılar. Lakin Lütfi Zadənin ölümü bu prosesi nisbətən ləngitdi.
Hazırda kitabın hazırlıq prosesi başa çatıb və üz qabığı da hazırdı.
Dosye.org
COMMENTS