“Məğlubiyyəti düzgün analiz edəcəyik” – Elmar Baxşıyev

“Məğlubiyyəti düzgün analiz edəcəyik” – Elmar Baxşıyev

“İki fərqli hissə izlədik. Birinci hissədə üstünlük daha çox bizdə olsa da, yaratdığımız qol imkanlarını dəyərləndirməkdə çətinlik çəkdik”.

Qol.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 4-cü turunda bu gün “Sabah”la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, evdə uduzduqları matçı (0:2) belə şərh edib: “Ümumi götürəndə komandanın oyunundakı dinamika xoşuma gəldi. Çalışırdıq ki, daha çox hücumda oynayaq. Məğlubiyyəti düzgün analiz edəcəyik. Qarşıdakı turlarda daha da yaxşı olmağa çalışacağıq”.

COMMENTS