Məhəmməd Əmin Rəsulzadənin abidəsinə hörmətsizlik

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk müstəqil respublika yaradan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin Gəncə Şəhər Dəmir Yolçular parkında heykəlinə torba keçirdiblər.

 

Diqqətinizə çatdırım ki, Gəncə Şəgər Dəmiryolçular parkının təmirə ehtiyacı olduğu bir vaxtda Dəmiryolçular parkında bizneslə məşğul olan bir şəxs ŞAM BAĞI kafesi açmağa nail olub. Adını çəkdiyimiz Şam Bağı kafesi Məmməd Əmin Rəsulzadənin Heykəlinin arxasında tikilib. Kafe tikilməmişdən əvvəldə heykəlin başına torba keçirilmişdir, 31.01.2014 cü ildə Azərbaycan Respublikasının Prezidenti Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə sərəncam versədə çox təəssüblər olsun ki, Gəncə Şəhər rəhbərləri Sərəncamını icra etmədilər.

 

Dəmiryolçular parkında Məmməd Əmin Rəsulzadənin heykəlinə torba keçirməkləri artıq 3 ildən çoxdur, bu barədə Gəncə İcra Hakimiyyətinə müraciətim olsada çox təəssüblər olsun ki dolayı yollarla fikirimdən daşındırmaq istəyiblər, cavablarında dəmiryolçular parkında təmir getdiyinə görə heykələ zərər dəyməsin deyə torba keçirilib.

 

Diqqətinizə çatdırım ki, dəmiryolçular parkında heçbir təmir getmir, hansısa sahibkar pul qazansın deyə parkın mənzərəli yerində Şam Bağı kafesi tikibdir. “Məmməd Əmin Rəsulzadənin heykəlinə hörmətsizlik etməklərinə baxmamayaraq, Azərbaycan Rəsulzadəçiləri dövləti və xalqı üçün gördüyü işlərə çox yüksək qiymət verilir. Nə qədər ki, Azərbaycan dövləti var, nə qədər ki, Azərbaycan xalqı var M.Ə.Rəsulzadənin əziz xatirəsi həmişə qəlblərdə anılacaq”.

 

Azər Allahverdiyev

Bölgə müxbiri

COMMENTS