Top.Mail.Ru

Məhkəmə binasında şahidi güllələdi

Məhkəmə binasında şahidi güllələdi

Rusiyada məhkəmə binasında atışma olub.

Bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilir ki, səhər vaxtlarında silahlı 45 yaşlı şəxs məhkəmə binasına girməyə cəhd edib. Həmin vaxt məhkəmə icraatçısı onu saxlamaq istəyərkən qarnından güllələnib. Sonra o daha da irəli gedərək, məhkəmədə şahid qismində iştirak edən 43 yaşlı qadına atəş açıb.

Qarnından yaralanan kişi təcili yardım maşınında ölüb. Yaralı qadın isə məhkəmənin əməkdaşı olub. 1976-cı il təvəllüdlü qadın ağır vəziyyətdə əməliyyata aparılıb.

Hücumçu polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

DOSYE.ORG

COMMENTS