Məhkəmədə qalmaqal:- Mübariz Mədətovun oğluna xəbərdarlıq edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun növbəti məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun məhkəmə prosesini izləyən əməkdaşının verdiyi məlumata görə, təqsirləndirilən şəxsin vəkili İ

 

İsmayıl Mirzəzadə hakimə müraciət edib. O bildirib ki, digər vəkil Samir İsayev ezamiyyətdə olduğu üçün məhkəmədə iştirak etmir: “Xahiş edirik, məhkəmə prosesi təxirə salınsın”.

 

Lakin hakim ifadə verməsi üçün X. Mədətova müraciət edib.

 

Mədətov isə vəkili məhkəmədə iştirak etmədiyi üçün məhkəmə prosesinin təxirə salınmasını istəyib və növbəti məhkəmədə mütləq ifadə verəcəyini deyib.

 

Daha sonra hakim Mədətova xəbərdarlıq edib və vurğulayıb ki, üçüncü dəfədir ki, ifadə verməkdən imtina edir. Hakim eyni zamanda vəkil İsmayıl Mirzəzadəyə də müracət edib və bu barədə hüquq məsləhətxanasına iradını bildirəcəyini qeyd edib.

Qeyd edək ki, növbəti məhkəmə prosesi sentyabrın 1-i saat 16:00-da keçiriləcək.

COMMENTS