Məhv edilən erməni hərbçilərin sayı AÇIQLANDI

Məhv edilən erməni hərbçilərin sayı AÇIQLANDI

Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində Ermənistanın 4 hərbçisi məhv edilib.

DOSYE.ORG xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, atışma zamanı Ermənistan ordusunun 6 hərbi qulluqçusu yaralanıb.

Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətindəki Azərbaycan mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.

COMMENTS