Top.Mail.Ru

Cəlilabadda şok olay: Məktəb direktorun kiriminal aləmlə nə əlaqəsi?- VİDEO

Cəlilabadda şok olay: Məktəb direktorun kiriminal aləmlə nə əlaqəsi?- VİDEO

Cəlilabad təhsilində problemlər səngimək bilmir. Hətta vəziyyət elə mürəkkəbləşib ki, kriminal aləmin nümayindələri məsələyə müdaxilə edir.

Bu barədə dosye.org-u məlumatlandıran mənbə vurğulayır ki, rayonda vəziyyət heç də ürək açan deyil. Xatırladaq ki, Cəlilabad rayonunda baş verən xoşagəlməz hadisələrlə bağlı hər zaman ictimayətə geniş məlumat vermişik. Belə məlumatlardan biri də rayonun təhsili ilə bağlıdır. Daha sonra məlumatlarda qeyd etmişdik ki, Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova rayon təhsilini özünün gəlir mənbəyi kimi idarə edir və eyni zaman da təhsilimizə ən ağır zərbəni vurmaqda davam etdiyini faktlarla sübüt etmişik. Rayonun keçmiş icra başçısı, hazırda həbsdə olan Namik Zeynalovla əlbir olaraq bütün məktəb direktorlarından müəyyən atlar altında vəsait toplamışdır. Bu işdə icra başçının hümanitar məsələlər üzrə müavini Elnarə Həsənovanın da xidmətini qeyd edərdik.

Bu günlərdə Cəlilabad rayonunda daha bir misli görünməyən hadisənin təfərrüatları ilə bağlı məlumat verdik. Belə ki, Cəlilabad rayon sakini Habil Ələsgərov yerli təhsil şöbəsinin müdiri Qərənfil Əhmədovanın əlindən qaçaq düşdüyünü xatırlayırsız. Köməkçi rolunda isə rayonun Privolnoye kənd 1 nömürəli tam orta məktəbinin direktoru Musa Məmmədovun olduğu bildirilir. Bir gəncin həyatını təhlükəyə atmaq, onu rayondan didərgin salmaq M. Məmmədov üçün nə qədər vacibdir? Məktəbli gənci ölümlə hədələmək, ona xəsarət yetirmək özü bir cinayətdir. Əlbətdə ki, sualın cavabını çox hörmətli cənab nazir Emin Əmrullayevin diqqətində öyrənməyə çalışacayıq. Daxili İşlər Nazirliyindən məsələyə münasibət bildirildi və həmən şəxslərə ciddi xəbərdarlıq edildi. Ümüd edək ki, bundan sonra M. Qurbanov müəlim adına xələl gətirəcək bir atdım atmayacaq.

Cəlilabadda görünməmiş olay – Başçının müavini, şöbə müdiri və məktəb direktoru bir gənci necə məhv edir?

HABİL ƏLƏSGƏROV

Kimdir Musa Məmmədov? Axı, bir orta məktəb direktorunu bu yola vadar edən nədir?

Cəlilabad rayonunda “kiçik padşa” rolunda özlərini təsəvvür edən bəzi kriminalist şəxslər bilməlidirlər ki, ölkə vətəndaşlaının təhlükəsizliyinə tam zəmanət verilib. Heç bir məmura səlahiyyət verilməyib ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etsinlər. Təbii ki, belə olan halda həmən məmurun aqibəti həbs olunan məmurlardan fərq etməyəcək.

Cəlilabadda məktəb direktoru Qərənfil Əhmədovaya güvənir?

MUSA MƏMMƏDOV

Acınacaqlı vəziyyətdə olan Cəlilabad təhsili tez bir zaman da rüşvətxor, korrupsioner müəllimlərdən xilas ediləcək. TŞ müdiri Qərənfil Əhmədova isə bütün törətdiyi əməllərin cavabını verməli olacaq. Kimliyimizdən aslı olmayaraq ölkə qanunları hər birimiz üçün şahdır. Çox istərdik ki, məsələ aidiyyətli qurumlar tərəfindən nəzarətə götürülsün. Mövzüya yenidən qayıdacayıq…

Məqalədə adı hallanan şəxslərin mövqeyini dinləməyə hazırıq.

DOSYE.ORG

COMMENTS