Məktəb direktorundan şəhid xanımına: “O, hamıya şər atır”

Məktəb direktorundan şəhid xanımına: “O, hamıya şər atır”

Şəhidlər müqəddəsdir, onlar bizim and yerimizdir. Onların əmanətlərinə sahib çıxmaq, adlarını uca tutmaq müqəddəs borcumuzdur.

DogruXeber.az: – Biz bu sözlərlə, bu tövsiyələrlə böyüdük. 11 il orta məktəbdə bizə bu öyrədildi. Eləcə də illərdir ki, məktəblərdə müəllimlər tərəfindən bütün hər kəsə birinci növbədə bunlar aşılanır. Müəllim adının müəssisəliyi həm də insanlara lap kiçik yaşlarından müqəddəs dəyərlərimizi hər kəsə tanıtmasında, sevdirməsindədir.

Amma, nə yazıq ki, bəzən nəfs və şəxsi maraqlar o, qədər gücü müqəddəs dəyərlərimizi müəllimin özünə belə unutdura bilir.
Yox, təbii ki, bunu bütün müəllimlərə şamil etmirik, amma təəssüf ki, belə istisnalar da az deyil.

Birinci növbədə ordan başlayaq ki, illərdir məktəblərdə dəyişdirilməsi mümkün olmayan “qaydalar”dan biri şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılmasıdır. Bu qanunlara zidd olunsa da müəyyən tədbirlərdə, müxtəlif bayramlarda hələ də “mental dəyər” kimi davam etdirilir, baxmayaraq ki, mental dəyərlərimizin əksəriyyəti artıq sıradan çıxarılıb, unudulub.

Bir neçə il əvvəl məktəbli forması qaydasının məktəblərdə yenidən tətbiq olunması barəsində müzakirələrə başlanıldıqda, bütün valideynlər həm başları ilə, həm dilləri ilə bunu razılıq edərək, televiziya ekranları qarşısında oturub, az qala bu barədə danışan ekspertlərlə dialoq qururdular: “Ay sağol, Allah atana rəhmət eləsin, sovetin vaxtında eləydi, heyf deyil o, günlər? varlının-kasıbın balası seçilmirdi” kimi cümlələrlə bu qaydanın yenidən tətbiq olunması üçün ikiəlli razılıq edirdilər.

Amma, təəssüflər olsun ki, bu qayda heç də gözlənildiyi, yaxud sovetlər dönəmində olduğu kimi sərfəli olmadı. Məktəbli formalarına elə qiymət qoyuldu ki, ala bilməyən xalqın öz dili ilə desək, kasıb balaları ümumiyyətlə məktəbə gedə bilmədi. Çünki, olanını geyinib getmək ixtiyarı yox idi, məktəbli forması da baha. Üstəlik də yalnız məktəb direktorunun tövsiyyə etdiyi ünvandan alınmalı idi.

Əlqərəz…

Güya bütün bunları nəzərə alan hazırkı Elm və Təhsil naziri Emin Əmrullayev çıxışlarından birində imkansız ailələrin övladlarının onların tərəfindən məktəbli forması ilə təmin olunacağını deyib. Bu xəbərə sevinən İmişli rayon sakini, şəhid xanımı Adilə Babaşova üz tutub nəvələrinin təhsil aldığı İmişli şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə. Məktəbin direktoru Fami Fərəcov bildirib ki, “bizdən siyahı istədilər 50 uşaq adının siyahısını verdik, amma cəmi 4 dəst geyim veriblər, onun ikisini sənin nəvələrinə verəcəm.” Lakin, bir neçə gün sonra verdiyi sözü danan direktor Famil müəllim xanıma aqressiv cavab verib ki, “paltar yoxdur, mən sənə söz verməmişəm”.

Atalar burda deyib, “doğru deyəni 7 eldən qovublar”. Tez-tez müxtəlif bəhanələrlə məktəbdə şagirdlərdən pul yığıldığını və bunu hər dəfə vermək imkanı olmadığını deyən şəxs, özü də şəhid xanımı ağzını açdı, narazılığını bildirdi, əvəzində isə məktəbin direktoru tərəfindən qanını qaraldacaq, cəmiyyət arasında adına uyğunsuz fikir yaradacaq ifadələr eşitdi.

Qeyd edək ki, bu barədə redaksiyamız tərəfindən aidiyyatı üzrə Elm və Təhsil Nazirliyinə göndərilməsi üçün sorğu hazırlanır.

Mövzuya təkrar qayıdacağıq!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

COMMENTS