Kanadada məktəbli avtobusu qəzaya uğrayıb.
Dosye.org xəbər verir ki, bu barədə TASS CBC-yə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Britaniya Kolumbiyasında baş verib. Şahzadə-Corc şəhərinin məktəblilərinin qızlardan ibarət voleybol komandası və onları müşayiət edən şəxslərin olduğu avtobus Pauel-River şəhərinə yarışmaya gedərkən qəzaya uğrayıb. Nəticədə 12 nəfər yaralanıb. Yaralıları təxliyyə etmək üçün əraziyə vertolyot göndərilib.
Yaralı məktəblilərdən 5-i xəstəxanaya yerləşdirilib. Daha iki nəfərə tibbi yardım göstərilib və onlar xəstəxanadan buraxılıb. Digər yaralılara isə hadisə yerində tibbi yardım göstərilib.
Dosye.org
COMMENTS