Məktəblini maşın vurdu

Xaçmaz rayonu Xudat şəhərində ağır yol qəzası baş verib.

 

ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, orta məktəbb şagirdi avtomobil tərəfindən vurulub.

Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Namiq Mirzəzadənin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə Mirzə fətəli Axundov adına küçədə baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Saleh Telman oğlu Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Məhəmməd Emrus oğlu Nəbiyev vurulub. Piyada hadisə yerində ölüb.

Qeyd edək ki, Məhəmməd Nəbiyev orta məktəbin 6-cı sinif şagirdidir.

Aparılacaq tibbi ekspertiza nəticəsində hadisənin piyada, yaxud sürücünün günahı ucbatından baş verdiyi mlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS