Məktəblinin döyülməsi ilə bağlı polisə müraciət edilib

Bakı şəhər sakini övladının məktəbdə döyülməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

İdarədən APA-ya verilən məlumata görə, Sabunçu rayon sakini Nuranə Həsənova fevralın 10-da 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, 7-ci sinif şagirdi olan oğlu Orxan Həsənov təhsil aldığı 90 saylı orta məktəbdə bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov tərəfindən döyülüb.

Polisdən vətəndaşın ərizəsi ilə bağlı araşdırma aparıldığı bildirilib.

COMMENTS