Məmur yol qəzasında həlak oldu

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Qusar rayonu, Girik kəndi ərazisində 1956-cı il təvəllüdlü Qaflanov Şaiq Səbətulla oğluna məxsus “MİTSUBİSHİ” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində sürücü avtomobildə sıxılmış vəziyyətdə qalmış və vəfat edib. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 22:40-da başa çatıb.

***
12:37

ANS PRESS-in məlumatına görə, Qusar polis şöbəsi əməkdaşlarının apardığı tədbirlər nəticəsində ölən 1956-cı il təvəllüdlü Qusarın Mucuq kənd sakini Şaiq Səbətulla oğlu Qaslanov Qusar İcra başçısının Mucuq inzibati ərazi vahidliyi üzrə icra nümayəndəsi olub.

Xatrıladaq ki, oktyabrın 18-i “Mitsubishi” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı ağaca çırpılıb.

COMMENTS