Almaniyalı hücumçu Miroslav Kloze ona “Latsio” tərəfindən yeni – 2 ilik müqavilə təklif olunması haqda bu klubun idman direktoru İqli Tarenin fikirlərini təkzib edib.
Qol.az-ın “Football İtalia”ya istinadən yaydığı xəbərə görə, o bildirib: “Bu məsələni müzakirə etməyə məna görmürəm. Qısa bir faktı açıqlayım və bu söhbət bağlansın: “Latsio” nə mənə, nə də mənim agentimə hansısa təklif irəli sürüb”.
Qeyd edək ki, Klozenin Roma təmsilçi ilə müqaviləsi bu mövsümün sonu başa çatır.
Əlavə edək ki, 38 yaşlı futbolçu 2011-ci ildən çıxış etdiyi “Latsio”da 171 oyun keçirib və 64 qol vurub.
COMMENTS