Geyimi ilə diqqət cəlb edən Müğənni Səidə Dadaşova “Mən artıq brendəm” deyərək maraqlı açıqlama verib:
“Mən özüm artıq brendəm. Mən paltarlara brendlik verirəm. Özəl stilistlərim var, lazım olanda onlara müraciət edirəm. Zərli, gözqamaşdıran geyimlər mənə görə deyil. Dəblə geyinmirəm, sadəcə mənə yaraşanı geyinirəm. Çünki, hərdən baxıram ki, bəzi geyimlər dəbdədir, amma mənə uyğun deyil. Həmişə yaraşanı geyinmişəm. 20 manatlıq köynək də geyinmişəm. Əsas odur ki, geyim məni gözəlləşdirsin. O qədər pullu insanlar var, zövqü yoxdur. Bir məsəl var: meymunu nə qədər geyindirsən elə meymundur. Ona görə əsas, zövqlə geyinməkdir”.
İfaçı bir çox tanınmışların onu təkrarladığını bildirib: “Saç düzümündən tutmuş, geyimlərinə qədər məni təkrarlayan bir çox məşhurları görmüşəm. Bu mənə xoşdur. Əgər, məndən öyrənirsə, məndən götürürsə, qoy etsin. Burada ayıb nə var ki? Amma gərək danmasınlar”.(big.az)
Dosye.org
COMMENTS