Top.Mail.Ru

“Mən kiməm ki, kimdənsə nəsə özbaşıma alım…”- Qərənfil Əhmədova nələri AÇIQLADI?

“Mən kiməm ki, kimdənsə nəsə özbaşıma alım…”- Qərənfil Əhmədova nələri AÇIQLADI?

Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova orta məktəb direktorlarını çağırıb yuxarı orqanlara məktub yazdırır.

Bu barədə dosye.org-a etibarlı mənbəmiz məlumat verib. Belə ki, rayonun təhsil şefi direktorları məcburi qaydada şöbəyə dəvət edərək, güya xəbər saytlarında yayımlanan məlumat həqiqəti əks etdirmir və heç bir orta məktəbdən pul yığılmır iddiası ilə məktub yazdırır. Bunlardan əlavə, TŞ müdiri Qərənfil Əhmədova bütün vasitələrdən istifadə edərək rayonda fəaliyyət göstərən müstəqil jurnalistləri susdurmağa çalışır. Mənbəmiz daha sonra əlavə edir ki, Qərənfil xanım jurnalistləri Cəlilabad RİH başçısı Namik Zeynalov vasitəsi ilə polis şöbəsinə dəvət etdirir, gah da xidməti otağına dəvət edərək onlara dosye.org saytı ilə əməkdaşlıq etməməyə çağırır.

Cəlilabad rayon təhsilinin “Legioner” şagirdləri hansı məbləğə “transfer” olunub?

Bu günlərdə təhsil şefinin daha bir taktikası ifşa edilib. Qərənfil Əhmədovanın jurnalistə dediklərindən:  “Biz üç bacıyıq qardaşımız yoxdur mən səni özümə qardaş bilirəm. Mən kiməm ki, kimdənsə nəsə özbaşıma alım. Təbii ki, bütün bunları yuxarılardan tələb edirlər. Biz Təhsil Nazirliyinə, onlar da Prezident Aparatına göndərirlər. Bu iş belə gedir bizlik bir şey yoxdur. Yuxarılar bizdən istəməsinlər biz də heç kimdən almayaq”

Əslində, Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədovanın dediklərində həqiqət ondan ibarətdir ki, Təhsil Nazirliyində bəzi kuratorlar və rayon rəhbərliyinin göstərişinə əsasən orta məktəblərdə müəyyən adlar altında pullar yığılır. Bunlardan əlavə dolayısı yollarla təhsil ocaqlarında “ölü canların” saxlanılması heç də yad olan bir məsələ deyil. Sadəcə olaraq dövlət vəsaitini talamaq və şəxsi maraqlar üçün istifadə etmək qəti qadağandır və həmən şəxs dərhal cinayət məsüliyyətinə cəlb edilməlidir.

Maraqlısı isə Təhsil Naziri Emin Əmrullayevin diqqəti Cəlilabad təhsilinə yönəlmir. Görünür, yeni nazirimiz olduqca səbirli və təmkinlidir. İnanırıq ki, gələcəyimiz naminə E. Əmrullayev ciddi nöqsanlara nəzarət edəcək. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın…

DOSYE.ORG

COMMENTS