Top.Mail.Ru

“Məni susdura bilməyəcəksiniz, sözümü deyəcəm” — Milli Məclisdə gərginlik artır

“Məni susdura bilməyəcəksiniz, sözümü deyəcəm” — Milli Məclisdə gərginlik artır

“Burada hər hansı deputat yanlış fikir bildirirsə, ona mütləq münasibət bildirmək lazımdır”.

“Dosye.org” xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədovun çıxışına reaksiya verərkən deyib.

O bildirib ki, Vahid Əhmədov Prezident İlham Əliyevin fikirlərini çox səhv şəkildə şərh etdi:

“Ölkə prezidenti bütün hamımızdan daha çox cumhuriyyətimizə sədaqətlidir. Cumhuriyyət haqqında abidənin yaradılması ilə bağlı cənab prezident sərəncam imzalayıb. Ölkə başçısı AXC-nin 100 illiyi ilə bağlı sərəncam imzaladı, hər il abidənin qarşısına gül dəstəsi qoyub, qarşısında baş əyir. Ölkə başçısı dövlətçiliyimizə, cumhuriyyətimizə bizim hamımızdan çox sədaqətlidir. Ölkə başçısının ailəsi də həmçinin. İkincisi, Vahid Əhmədov sizin sabiq müfdafiə naziri ilə yaxşı əlaqələriniz və müəyyən işbirliyinizin olduğunu bilirik. Onu da bildirim ki, o vaxtlar əsgərlərin çəkmələrini valideynlər alırdı, bunun üçün ayrılan pullar ciblərə gedirdi. Hansı ciblərə gedirdi bəllidir. Görüşlər üçün külli miqdarda pullar yığılırdı. Bu gün isə bu hallar yoxdur. Şəffaflıqdır. İstər qidalanmada, istərsə də geyimdə. Məni susdura bilməyəcəksiniz. Nə olursa, olsun mən sözümü deyəcəm. Biz Ordumuzla fəxr edirik. Fəxr etməyənlər mümkün olsa, qisası basdıra bilsinlər”.

DOSYE.ORG

COMMENTS