Mənsum İbrahimov 2 aydır Türkiyədə nə edir?

Azərbaycanın xalq artisti Məsum İbrahimov 2 aya yaxındır ki, Türkiyənin paytaxtı Ankara şəhərinə ezam olunub.

Tanınmış muğam ifaçısı Dosye.org-a açıqlamasında Türkiyəyə getmə səbəbləri barədə danışıb.

“Azərbaycan və Türkiyə Mədəniyyət Nazirlikləri, Ankaradakı səfirliyimiz və Ankara Opera teatrının birgə layihəsi olan “Leyli və Məcnun” operası Azərbaycan və Ankara sənətçilərinin birgə iştirakı ilə yeni quruluşda səhnələşdirildi. İki ay bundan qabaq Ankaraya ezam olunaraq 16 nəfər Ankara solistlərinə muğam dərsi keçərək onlara muğam oxumağı öyrətdim.

Xüsusilə, onu da vurğulayım ki, “Leyli və Məcnun” operası  tarixində ilk dəfədir ki, başqa bir ölkədə və həmin ölkənin sənətçilərinin ifasında səhnəyə qoyuldu. Azərbaycan muğamlarını Türkiyə sənətçiləri ifa etdilər. 

May ayının 14-də Ankara Opera teatrında tamaşanın ilk premyerası oldu. Məcnun rolunda mən, Leyli rolunda isə türkiyəli sənətçi Elva Eldener oldu. Tamaşanın bütün iştirakçıları türk aktyorları idi.

Birinci premyera çox maraqlı oldu.   Ayın 16-sı isə “Leyli və Məcnun” operasının  ikinci premyerası oldu. Tələbələrim İlkin Əhmədov və Arzu Əliyeva tamaşada oxudu”.

Xalq artisti bu gün “Leyli və Məcnun” operasının üçüncü tamaşasının olacağını da dedi. 

“Bu gün  axşam  isə üçüncü tamaşamız olacaq. İlk dəfə öz tələbəm Arzu Əliyeva ilə səhnəyə çıxacam.

Bizi müşayiət edənlər əməkdar artistlər-Elçin Həşimov və Elnur Əhmədov, maestro-dirijor Fəxrəddin Kərimov, quruluşcu rejissor isə Əflatun Nemətzadə olacaq”.  

Dosye.org

COMMENTS