Pakistanın Ravalpindi şəhərində axşam saatlarında məsciddə partlayış törədilib. Hadisə nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Məlumata görə, polis silahlının məscidə daxil olmasına imkan verməyib. Bu isə, itkinin çox olmasının qarşısını alıb.
Hücuma görə məsuliyyəti, Taliban qruplaşmasının bir qolu olan Cundullah silahlıları öz üzərinə götürüb. Silahlılar Əfqanıstanla sərhəd Şimali Vəziristan bölgəsində hökumət tərəfindən keçirilən hərbi əməliyyatlara cavab olaraq belə bir addım atdıqlarını deyiblər.
Qruplaşma, eyni zamanda, son bir ayda törədilən iki partlayışa görə də məsuliyyəti öz üzərinə götürüb.
Pakistanda ilin əvvəlindən indiyə kimi məscidlərə edilən hücumlar nəticəsində 90-a yaxın adam ölüb.
COMMENTS