Məşhur müğənni Latviyanı məhkəməyə verdi

Məşhur müğənni Latviyanı məhkəməyə verdi

Tanınmış rusiyalı müğənni İosif Kabzon Latviya hökumətindən Avropa məhkəməsində iddia qaldırıb.

 

Dosye.org Rusiya KİV-ə istinadən məlumatına görə, həm də Rusiya Federasiyası parlamentinin deputatı olan müğənni Latviya hökumətindən kompensasiya almaq niyyətindədir.

Müğənni Yurmalada keçirilən “Yeni dalğa” müsabiqəsinə getmək üçün bilet alıb. Əvvəlcədən otelin pulunu da ödəyib. Lakin Latviya hökuməti onu ölkəyə buraxmayıb.

Kabzonla yanaşı, Valeriya və Oleq Qazmanov kimi müğənnilər də Latviya ərazisinə buraxılmayıblar. Bu müğənnilər Ukrayna məsələsində Rusiya hökumətinin mövqeyini açıq-aşkar dəstəklədikləri üçün Latviyaya buraxılmayıblar.

COMMENTS