Mətanət Əliverdiyevanın adından dələduzluq

Mətanət Əliverdiyevanın adından dələduzluq

Aparıcı Mətanət Əliverdiyevanın adından dələduzluq edilib.

Axşam.az xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, tanımadığı şəxs onun dostlarına vatsap vasitəsi ilə yazıb pul istəyir.

Əliverdiyeva dostlarına xəbərdarlıq edərək “Mənim adımdan kimsə pul yığır. Vatsap və instaqramdan yazırlar, heç kim inanmasın” sözlərini yazıb. Aparıcı həmin şəxsin mobil nömrəsini də bölüşüb.

Qeyd edək ki, bundan əvvəl rəqqasə Rəna Ağamuradova (Renka) və aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib.

COMMENTS