Mətanət Əsədova məhkəməyə üz tutdu

Mətanət Əsədova məhkəməyə üz tutdu

Facebook istifadəçisi Elsevər Muselli dosye.org saytın elektron ünvanıma məktub ünvanlayıb. Oxucularımızın xahişini nəzərə alıb məktubu olduğu kimi ixtiyarınıza veririk:

Bir neçə gün öncə Facebook səifəmdə yaydığım videodan və Mətanət Əsədovanın bacısı haqda dediyim gərcəklərdən sonra Müğənni Əsədova məni məhkəməyə vermək qərarina gəlib və 148 ci maddəni rəhbər tutaraq mənim həbs edilməyimi istəyib. Burdan bütün ictimaiyyətə səslənirəm, mən Mətanət xanımdan üzür istəməyəcəm çünki onun yanında heç bir gunahim yoxdur, Mətanət Əsədova nə prezdent deyil nədə Ölkənin birinci xanımı ki mən ondan gunahım olmaya-olmaya üzür istəyim. Burdan insanlara səslənirem, 2 il öncə həbs edilərkən mənə öz dəsteyinizi göstərmədiz və mən gunahsızlığımı sübuta yetirə bilmədim heş olmasa indi öz dəstəyinizi göstərin ki keçmiş şeylər yenidən təkrarlanmasın. Sonda açıqlamanı yayan bütün mətbuat orqanlarına təşəkkür edirəm.

Qarşı tərəf kimi Mətanət Əsədovanın da mövqeyini dərc etməyə hazırıq.

COMMENTS