Mətbuat Şurası “Əsrin Müqaviləsi”ndən yazan jurnalistləri mükafatlandırdı

Bu gün Mətbuat Şurasının və “SOCAR-AQŞ” MMC-nin “Əsrin Müqaviləsi”nin 20 illiyinə həsr olunmuş “Əsrin Müqaviləsi – ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusundakı birgə müsabiqəsinin qalibləri mükafatlandırıllb.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə bildirib ki, “Əsrin Müqaviləsi”nin 20-ci ildönümü bayram kimi qeyd edilir.
“Azərbaycan Mətbuat Şurası və «SOCAR-AQŞ» MMC bu münasibətlə jurnalistlər arasında yazı müsabiqəsi keçirmək qərarına gəldi. Hesab edirik ki, müsabiqə həm yubileyə xüsusi rəng qatacaq, həm də jurnalistlərin peşəkarlığının artmasına müsbət təsir göstərəcək”, – deyən Ə.Amaşov üç istiqamət üzrə keçirilmiş müsabiqəyə ümumilikdə 52 yazının təqdim edildiyini, onlardan 17-nin həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. O, həmçinin hər istiqamət üzrə ayrılıqda 3 birinci, 3 ikinci, 3 üçüncü yerin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Çıxış edənlərdən Azərbaycan Respublikasının Milli Məclisinin vitse-spikeri Bahar Muradova, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov, «SOCAR-AQŞ» MMC-nin baş direktoru Ramin İsayev və başqaları “Əsrin Müqaviləsi”nin imzalanmasını Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndiriblər.

Çıxışlardan sonra qaliblər mükafatlandırılıb. Qeyd edək ki, müsabiqənin qaydalarına uyğun olaraq 3 birinci yeri tutmuş jurnalistin hər biri 1000, ikinci yeri tutmuş 3 media təmsilçisinin hər biri 700, üçüncü yerə layiq görülmüş 3 qələm sahibinin hər biri 500, 17 həvəsləndirici mükafat sahibinin hər biri 200 manat məbləğində pulla mükafatlandırılıb. Qaliblərə MŞ və «SOCAR-AQŞ» MMC-nin təbrik plaketləri və diplomları da təqdim edilib.

Qaliblərin SİYAHISI

“Heydər Əliyev-Milli neft strategiyasının banisi” istiqaməti

1. Təranə Cəbiyeva, “Respublika” qəzeti
2. Əziz Mustafa, “Zaman Azərbaycan” qəzeti
3. Mirbağır Quliyev, “Xalq qəzeti”

“Prezident İlham Əliyevin Azərbaycan sanayesinin modernləşdirilməsi siyasəti” istiqaməti

1. Mübariz Abdullayev, “Yeni Azərbaycan” qəzeti
2. Fariz Vəliyev, “Mövqe” qəzeti
3. Yeganə Məmmədova, “vətəninfo.az” saytı

“Əsrin Müqaviləsi: Azərbaycanda sənayenin inkişafında yeni mərhələnin başlanğıcı” istiqaməti

1. Vüqar Əliyev, “Mədəniyyət” qəzeti
2. Elçin Zaman, “İki sahil” qəzeti
3. Rəsmiyyə Rzalı, “Azərbaycan”

Həvəsləndirici mükafatlar

Orxan İsrafilov, “İki sahil” qəzeti
Pərviz Rəhimoğlu, Modern.az saytı
Elxan Salahov, “Həftə içi” qəzeti
Nigar Abdullayeva, “Palitra” qəzeti
Zəkurə Quliyeva, “Qarabağ” qəzeti
Həbibə Abdulla, “Kaspi” qəzeti
Nihad Budaqov, Azərtac
Vaqif Cəlil, “Bakı xəbər”qəzeti
Bəhlul Eminli, “İqtisadiyyat və həyat” jurnalı
Rəşad Cəfərov, “Azərbaycan” qəzeti
Ramiz Cürənov, APA
Pünhan Əfəndiyev, “Üç nöqtə” qəzeti
Ulduzə Qaraqızı, “Ekspress” qəzeti
İsmayıl Qocayev, “Şərq” qəzeti
Mahir Abbaszadə, “Paralel” qəzeti
Aynur Cəfərova, “Azərnyus” qəzeti
Sevinc Məmmədova, “İki sahil” qəzeti

COMMENTS