Top.Mail.Ru

Mətbuatda yayılan saxta xəbərlərdən necə qurtulmalı? – VİDEO

Mətbuatda yayılan saxta xəbərlərdən necə qurtulmalı? – VİDEO

Azərbaycan Televiziyasında Nailə Babayevanın təqdimatında yayımlanan “Çıxışa doğru” tok-şousunun növbəti buraxılışı efirə gedib.

Proqramın bu dəfəki buraxılışı dezinformasiyalara həsr olunub. “Feyk news” (saxta xəbər) mətbuata daraşan taclı virusdur. İnformasiya dövründə media üçün, elə oxucular (tamaşaçılar) üçün də bəlaya çevrilən bu “press pandemiya”dan, daşıyıcılarından necə qurtulmalı?
Proqrama dəvət olunan ekspertlər problemin ictimai və hüquqi tərəflərdən həllini axtarır, göstərir.
Qeyd edək ki, veriliş həftə içi 5 gün, saat 17.00-da canlı yayımlanır. Tok-şouda əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.

“Çıxışa doğru” tok-şousunun informasiya dəstəyi “BakuPost” xəbər portalıdır.

DOSYE.ORG

COMMENTS