Məhəmməd Qələndərov Vaqif Abdullayevi saya almır

Məhəmməd Qələndərov Vaqif Abdullayevi saya almır

vaqif.jpg

Beyləqan rayon icra hakimiyyətinin əməkdaşlarından şikayətlənən müharibə əlili İsmayıl Savalanov dediklərini işıqlandırmağımızı xahiş etdi.

 

Əvvəl qeyd edək ki, Beyləqan rayon sakini, müharibə əlili Savalanov İsmayıl Nadir oğlu bundan əvvəl də GUNXEBER.COM-un redaksiyasına yaşadığı problemlərlə bağlı müraciət edib. Əməkadşımızla əlaqə saxlayan İSmayıl Savalanovun dediklərindən: “Hazırda işlətdiyim “Bərbərxana” dükanı tikdiyim torpaq sahəsini mənə 2009-cu ildə Çernobıl Əlilləri Cəmiyyətinin sədri Rövşən Cəfərov tərəfindən verilib.Mənə aid olan torpaq sahəsini bu günə kimi sənədləşdirmirlər. Bununla bağlı yerli icra hakimiyyətinə müraciət etdim. Oradan dedilər ki, icra başçısı ilə görüşmək lazımdır. Mən icra başçısı Vaqif Abdullayevlə görüşdüm. O, mənə yeni torpaq sahəsi ayrılması ilə bağlı müavini Məhəmməd Qələndərova və digər icra işçilərinə tapşırıq verdi. Amma bu günə kimi Məhəmmdə Qələndərovu görməmişəm. M.Qələndərov icra başçısının da saya saymır. Əgər icra başçısının sözlərinə əhəmiyyət versəydi mənə torpaq sahəsi ayırardı. Xahiş edirəm dediklərimi işıqlandırasınız” .
Hazırda dükanının söküləcəyini deyən İ.Savalanov heç olmasa yeni torpaq sahəsi ilə təmin ediməsini istəyir: “Mən harda işləyib balalarıma, qaradaşımın yetim uşaqlarına baxmalıyam? Bu suala cavab versinlər daha mənim onlardan istəyim yoxdu”.
GUNXEBER.COM-un apardığı araşdırma zamanı bəlli oldu ki, müharibə əlilinin torpaq sahəsinə Beyləqan rayon sakini Tofiqə Quliyeva əl bulayıb. Hazırda ərazidə T.Quliyeva öz niyyətini həyata keçirməkdədir. O, ərazidə yaşayan məcburi köçkünləri də məhkəməyə verib. Onların da ərazidən çıxarılmasını tələb edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

COMMENTS