Məktəb dərsliyində daha bir səhv

Məktəb dərsliyində daha bir səhv

Ekspert Ərşad Hüseynov ibtidai siniflər üçün tərtib olunan dərslikdə yanlışa yol verildiyini bildirib.

Musavat.com-un məlumatına görə, ekspert bu barədə öz facebook profilində şəkil paylaşıb və status yazıb:

“İbtidai sinif uşaqları üçün dərslikdə guya yol hərəkəti qaydalarına həsr olunmuş bu şəkil və balaca mətn mənim də diqqətimi çəkdi. Mediada bu dərslikdəki mətndə yol verilən texniki səhvə – “sola” əvəzinə “sağa” yazılmasına diqqət yetirilir. Əslində bu, o qədər də faciəli sayılmayacaq texniki səhvdir. Amma yazıda və şəkillərdə faciə sayıla biləcək başqa səhv var.

Nə mətndə, nə də şəkillərdə yolun piyada keçidi ilə keçilməli olduğu deyilmir (təsvir olunmur). Bax, əsl faciə budur: övladlarımıza öyrədirik ki, yolu haradan kefin istəyir keç. Dəfələrlə dediyimi bir də təkrarlayıram: yol hərəkəti qaydaları Misir kahinlərinin qaranlıq mağarada saxladığı sirr deyil. Bu hər yerdə tapılan qanunda yazılıb, bunu hər kəs bilməlidir. Bunu bilməyən adamın başqasına, özü də məktəb dərsliyində yol hərəkəti qaydaları öyrətmək istəməsi isə əsl biabırçılıqdır”.

COMMENTS