Məktəblini maşın vurdu – DƏHŞƏT

Şəkidə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

Şəki şəhər-rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb. 1954-cü il təvəllüdlü, Şəki rayonu Baş Zəyzit kənd sakini Güləhməd İsrafil oğlu Məhərrəmli idarə etdiyi “VAZ 2106” markalı, 10 EX 549 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən sərnişin avtobusundan düşüb yolu keçmək istəyən piyada, 1998-ci il təvəllüdlü Şəki şəhər sakini Nailə Sakit qızı İsmayılovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarəti alan 16 yaşlı Nailə İsmayılova Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Şəki RMX-dan verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralı Nailə İsmayılova Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Məlumatda bildirilir ki, qəza baş verən zaman Nailə İsmayılova repetitorun yanından evə qayıdırmış. Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır. (APA)

COMMENTS