Məmurlara xarici smartfonlardan istifadə qadağan olundu

Çin mətbuatı Şanxay şəhərində yerli dövlət qulluqçularına xarici şirkətlərin istehsalı olan smartfonlardan istifadənin qadağan olunmasını yazıb.

Dosye.org “ictnews.az”- a istinadən məlumatına görə, qadağa “Apple” və “Samsung” smartfonlarına da şamil edilib.

Bu barədə keçmiş ticarət naziri Tsyanqo Veyin Pekin Universiteti tərəfindən təşkil edilən konfransdakı çıxışına istinadən məlumat verib. O bildirib ki, təhlükəsizlik baxımından kadr qulluqçulara yalnız Çinin “Huawei” şirkətinin istehsalı olan smartfonlardan istifadəyə icazə verilir. ABŞ istehsalı olan smartfonlar, o cümlədən “Apple” məhsulları təhlükəsizlik üçün təhdid törədir. İyulda Çin mətbuatı “Apple” şirkətini “iOS 7” əməliyyat sisteminin istifadəçinin tez-tez getdiyi yerləri müəyyən edən funksiyasından izləmə üçün istifadə olunmasında təqsirləndirib. “Apple” nümayəndələri bu ittihamları rədd edib.

“Jenmin Jibao” qəzeti xatırladıb ki, Çin “iPhone 6” və “iPhone 6 Plus” smartfonlarının satışına başlandığı ilk ölkələr qrupuna daxil deyil. Qəzet yazır ki, bu, “Apple”ı Çində etibardan salacaq. Hazırda yeni modellər satışa çıxarılmayıb, yerli istehsalçılar bazardakı boşluğu doldurmağa hazırdır, – “Computerworld ” yazır.

COMMENTS