“Mənə inanmayan “Qarabağ”ın oyununa baxsın”

“Mənə inanmayan “Qarabağ”ın oyununa baxsın”

Türkiyənin “NTV Spor” telekanalının məşhur aparıcısı Güntekin Onay “Qarabağ” haqqında danışıb.

 

Qol.Az-ın məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının son turunun qarşılaşmaları barədə fikirlərini söyləyən idman şərhçisi “Qarabağ”ın İtaliyada “İnter”ə qarşı matçda məğlubiyyətə layiq olmadığını deyib:

“Avrokuboklarda sürpriz nəticələr qeydə alınır. “Qarabağ”ı yaxından izləyirəm. Bu komandanın oyunu məndə xoş təəssürat oyadıb. Mənə inanmayan varsa, ömründə bircə dəfə “Qarabağ”ı ekran başından izləsin”.

G.Onay bildirib ki, “Qarabağ” Avropada qrup mərhələsinə birdən-birə yüksəlməyib:

“Qarabağ” bunda əvvəl bir neçə dəfə “pley-off” mərhələsində mübarizəni dayandırıb. Bu mövsüm isə “Tvente”ni Avroliqadan uzaqlaşdırmağı bacardılar. Onlar “İnter”ə qarşı matçda heç-heçə edə bilərdilər. Ancaq buna baxmayaraq, Milanda əla oyun nümayiş etdirdilər. “Qarabağ” məğlubiyyətə layiq deyildi. Avropa Liqasında ən çox üzüldüyüm matç “İnter” – “Qarabağ” oyunu oldu”.

COMMENTS