Məsciddə qız zorlandı

Əfqanıstanda molla 20 illik həbs cəzası alıb.

 

O, məsciddə 10 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinib. Kabil məhkəməsi oktyabrın 25-də Molla Mohammad Amin-in işinə baxıb. Azyaşlı qız və anası məhkəmənin qərarından narazı qalıblar. Onlar mollanın ölüm hökmü ilə cəzalandırılmasını istəyirdilər.

Ancaq bu qərarı qadın haqları müdafiəçiləri Əfqanıstanda cinsi cinayətlərə məruz qalan qadınların qələbəsi kimi qarşılayıb. Əfqanıstanda təcavüzə məruz qalan qadınlar adətən həbsxanalara göndərilir, çünki bu, zinanın bir növü hesab edilir. Oktyabrın 8-də 5 nəfər təcavüzə görə Kabildə asılmışdı. (voa)
Beynəlxalq təşkilatlar prezident Ashraf Ghani-ni insanları belə edamla cəzalandırmamağa çağırmışdı.

COMMENTS