Məşhur azərbaycanlı müğənni: “Ərimə icazə verirəm, qoy getsin, kef eləsin” – FOTO

Məşhur azərbaycanlı müğənni: “Ərimə icazə verirəm, qoy getsin, kef eləsin” – FOTO

Müğənni Günel Məhərrəmova “Hər şey daxil” verilişində həyat yoldaşı ilə bağlı müzakirə ediləcək açıqlamalar verib.

Axşam.az xəbər verir ki, sənətçi oğlu ilə Bakıda qaldığını, həyat yoldaşının isə Ukraynada yaşadığını bildirib:

“İlkin neçə ildir ki, Kiyevdə çalışır. Mətbəx mebeli işinə baxır. Keçən il ora getdim. Qarşıladı, hotelə yerləşdirdi. Çünki oğlanlarla bir evdə qalır deyə, məni yanına apara bilməzdi. Yeni sevgililər kimi üç gün bir yerdə olduq. Bir neçə günü maraqlı keçirdik.

Sual verdim ki, sən burada, mən Bakıda… Sonu necə olacaq? Deyir ki, Azərbaycana yaxşı pulum olandan sonra qayıdacağam. Hələ ki durğunluqdur. Nə ayrılmışam, nə də boşanmışam. Mən də Ukraynaya getmərəm, orada nə işim var? İşim buradadır, anam xəstədir. Gedib kor-koranə neyləyəcəm? Ərimə icazə verirəm, qoy getsin, kef eləsin”.

Qeyd edək ki, G.Məhərrəmova “Azəristar” yarışması ilə məşhurlaşıb.

DOSYE.ORG

Məşhur azərbaycanlı müğənni: “Ərimə icazə verirəm, qoy getsin, kef eləsin” - FOTO

COMMENTS