Məşhur hücumçu Türkiyə klubunda – TRANSFER

Məşhur hücumçu Türkiyə klubunda – TRANSFER

Türkiyə çempionatında çıxış edən “Fatih Karagümrük” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Super Liqa təmsilçisi nigeriyalı hücumçu Əhməd Musanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Musa ilə 2 illik müqavilə imzalanıb.

Nigeriya milli komandasının da üzvü olan Musa, karyerası ərzində “Kano Pillars”, Niderlandın “Venlo”, Rusiyanın ÇSKA və İngiltərənin “Lester” klublarında çıxış edib.

Musanın son ünvanı Nigeriyanın “Kano Pillar” klubu olub.

COMMENTS