Mətbuatda Əhməd Əhmədzadənin əlehinə yazılar sifariş verən Zakir Quliyevdir?

Dosye.org-a daxil olan məlumatlarda bildirilir ki, əslən Sabirabad rayonundan olan Zakir Quliyev ASC sədri postuna yiyələnmək arzusundadır.

 

Z.Quliyev sədr müavini postuna qurumun Sabirabad idarəsinin rəisi vəzifəsindən gətirilib. Mənbə iddia edir ki, böyük sərvətlərə malik olan Z.Quliyev və qardaşları Sabirabadın əsas idarəçiləridir.

 

Onun bir qardaşı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini, digər qardaşı Namid Quliyev isə Şirvanda “Kapitalbank”ın müdiridir.
“Sabirabadda meliorasiya idarələri rəhbərləriyində təmsil olunanların hamısı Quliyevin yaxın qohumlarıdır.

 

Eyni zamanda Sabirabadda digər idarə və müəssisə rəhbərləri Quliyevlərin yaxınlarıdır. Hansısa idarənin rəhbəri işdən çıxan kimi Quliyevlər həmin vəzifəni dərhal alıb öz adamlarını yerləşdirirlər.

 

Zakir Quliyev 2010-cu ildə Kür çayı daşandan sonra külli-miqdarda pul qazanmaq imkanı əldə edib. Kür çayının sahilində bənd vurma işlərini yaxın adamlarına tapşırıb, onlarla iş birliyi yaradıb. Bütün bu imkanlara sahib olan Quliyev indi Əhmədzadənin yerinə iddialıdır”.

 

Qaynağımız əlavə edir ki, bəndvurma işlərində tenderlə qalib olan sahibkarlara tapşırılıb ki, Şirvanda yerləşən “Kapitalbank”da hesab açdırsınlar və vəsait ora köçürülsün:

 

“Təkcə Sabirabad rayonunda Quliyev 6 hektar torpaq sahəsində hər birinin maya dəyəri 1 milyon 470 min manat olan 3 böyük istixana tikdirib. İstixananı Türkiyədən gələn mütəxəssislər inşa edib.

 

Türkiyəli işçilərəQuliyev hər ay 3 min manat əmək haqqı ödəyib. İstixanada tərəvəzlərdən pomidor və xiyar əkilərək becərilir.Hər gün 20 ton məhsul verən istixanadan 1 ağır tonnajlı yük maşını çıxır”.

 

Mənbə qeyd edir ki, Z.Quliyev artıq özünü sədr postunda görür və karyerasını daha yüksək vəzifədə davam etdirmək istəyir. Ancaq onun arzusunun reallaşacağı bilinmir.

COMMENTS