Professor Maqsud Cavadoun anım günü qeyd olundu


Professor Maqsud Cavadoun anım günü qeyd olundu

Font ölçüsü

İsmayıllı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə rayondan olan tanınmış elm adamlarının, ziyalıların, yazıçı və şairlərin, Milli Qəhrəmanların, Əmək qəhrəmanalrının, Respublika miqyasında tanınan təsərrüfat rəhbərlərinin yubileylərinin,anım və xatirə günlərinin keçirilməsi üçün təşkilat komitəsi yaradılmışdır.

Xatirə gününə qədər bir sıra tədbirlərin icrasına başlanmışdır.  9 oktyabr 2015-ci il tarixdə rayonda ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında -Maqsud Cavadovun xatirəsinə həsr olunmuş riyyaziyyat üzrə olimpiada keçirilmişdir.

15.10.2015-ci il tarixdə isə görkəmli alimin doğulduğu Basqal qəsəbəsində və təhsil aldığı məktəbdə anım günü qeyd olundu. Tədbiri giriş sözü ilə RİHB-nın müavini Sevil Əhmədova açaraq Maqsud Cavadovun  xatirəsini əziz tutanları salamladı.

O, qeyd etdi ki,  RİHB-sı Mirdaməd Sadıqovun təşəbüsü və dəstəyi ilə keçirilən bu cür  tədbirləin gənc nəsilin tərbiyəsində və gələcək inkişafında böyük əhəmiyyəti vardır. Maqsud Cavadovun nəvəsi Gülnarə Cavadova babası haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Görkəmli alimin qardaşı qızı  Maisə Cavadova əmisinin necə fenamen yaddaşa malik olduğunu,  onun həyatında və təhsilində böyük rol oynadığını qeyd etdi.

Maqsud Cavadovun tələbəsi olmuş 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi İzhar Kazımov müəllimi haqqında xatirələrini söylədi,  bacarıqlı təşkilatçi və səmimi insan, böyük alim  olduğunu bildirdi. El ağsaqqalı, yazıçı publisist Miryavər Hüseynov  Maqsud müəllim haqqinda yazdıqları və gördükləri barədə geniş  danışdı. Tədbirin sonunda qəsəbə tam orta məktəbin şagirdləri xalq şairi  Hüseyn Arifin Maqsud Cavadova həsr etdiyi şerləri söyləyərək onun xatirəsini bir daha yad etdilər.

Tədbirdə Maqsud Cavadovun həyatı və elmi fəaliyyətinə həsr olunmuş videoçarxa baxıldı.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.