Bəxtiyar Qaracaya AzTV-də yüksək vəzifə verildi


Bəxtiyar Qaracaya AzTV-də yüksək vəzifə verildi

Font ölçüsü

Tanınmış telejurnalist, şair-publisist Bəxtiyar Qaraca yenidən Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Şirkətinə (AzTV) qayıdaraq böyük vəzifəyə təyin edilib.

Dosye.org-a bu haqda məlumat AzTV-dən verilib.
Adının çəkilməsini istəməyən mənbə bildirib ki, Bəxtiyar Qaraca Müəllif Proqramları departamentinə rəhbərlik edəcək. Bu vaxtadək həmin vəzifədə çalışan Nigar Qarayeva isə AzTV-də başqa işə keçib.

Qeyd edək ki, Bəxtiyar Qaraca uzun müddət AzTV-də Gənclik redaksiyasının baş redaktoru olub. 2006-cı ildə Arif Alışanovun gəlişindən sonra bir çox əməkdaşlar kimi o da işdən uzaqlaşdırılıb. Ancaq 10 il sonra 2016-cı ilin fevralında Bəxtiyar Qaraca onu işdən çıxaran Arif Alışanovun əmri ilə Mədəniyyət kanalına direktor müavini təyin edilib.
Bir müddətdən sonra məlum olmayan səbəbdən yenə də vəzifəsindən kənarlaşdırılıb.
Tanınmış jurnalistin AzTV-yə dünənki qayıdışı isə sayca ikinci hesab edilir.

Dosye.org

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.