Top.Mail.Ru

Mafiyaya böyük şok: 15 ton narkotik ələ keçdi

Mafiyaya böyük şok: 15 ton narkotik ələ keçdi

Meksikada içərisində 15.4 ton marixuana olan yük maşını ələ keçib.

Axar.az xəbər verir ki, bu barədə Meksika Müdafiə Nazirliyi məlumat yayıb.

“Ələ keçən malın dəyəri 24.5 milyon dollara bərabərdir və bu da cinayətkar qrupların fəaliyyətinə ciddi zərbə vuracaq”, – nazirliyin məlumatında qeyd olunub.

Məlumata görə, yük maşını içərisindəki yüklə birlikdə Kuliakandan Tixuana şəhərinə gedirmiş. Kuerrobabi postunda qamma-skaner vasitəsilə aparılan yoxlama zamanı yük maşınında qeyri-adi yük olduğu aşkarlanıb və axtarış nəticəsində 2299 kisə marixuana götürülüb.

Qeyd edək ki, sonuncu dəfə 2014-cü ildə Meksika hüquq-mühafizə orqanları 40 ton marixuana ələ keçirmişdilər.

DOSYE.ORG

COMMENTS